Главная > İdman > “Şamaxı”ya yeni baş məşqçi təyin olundu

“Şamaxı”ya yeni baş məşqçi təyin olundu


24-05-2022, 15:24. Разместил: admin
Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” Futbol Klubuna yeni baş məşqçi təyin olunub.

Bununla bağlı klub məlumat yayıb.

Bildirilib ki, “Şamaxı” Futbol Klubunun İdarə Heyəti Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.

Rüstəm Əliyev ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.
Вернуться назад