Главная > İdman / Manset > “Barselona”nın sabiq futbolçusu qəzada öldü

“Barselona”nın sabiq futbolçusu qəzada öldü


15-05-2022, 19:17. Разместил: admin
“Barselona”nın sabiq futbolçusu Maksi Rolon avtomobil qəzasında dünyasını dəyişib.

“Azadsəs.az” xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Argentinada qəza törədib. Onun idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində Rolonun yanında olan qardaşı da vəfat edib.

“Barselona” klubu Rolonun yaxınlarına başsağlığı verib.
Вернуться назад