Главная > İdman > “Mançester Yunayted”in futbolçuları məşqdə yumruq davasına çıxıblar

“Mançester Yunayted”in futbolçuları məşqdə yumruq davasına çıxıblar


14-05-2022, 21:00. Разместил: admin
İngiltərənin “Mançester Yunayted” futbol klubunun iki təcrübəli futbolçusu məşq zamanı əlbəyaxa dava edib.

Hadisə mayın 12-də baş verib. Futbolçular klubun Karrinqtondakı bazasında məşq zamanı bir-birinə yumruqla zərbə endiriblər.

Baş məşqçi Ralf Ranqnik məşqi vaxtından əvvəl bitirmək məcburiyyətində qalıb.
Вернуться назад