Главная > İdman / Manset > Azərbaycan yığmasının voleybolçusu üçqat Macarıstan çempionu olub - FOTO

Azərbaycan yığmasının voleybolçusu üçqat Macarıstan çempionu olub - FOTO


11-05-2022, 10:18. Разместил: admin
Azərbaycan millisinin qadın voleybolçusu Ayşən Abduləzimova “Vaşaş” klubunun heyətində Macarıstan çempionu olub.

“Report” xəbər verir ki, 29 yaşlı idmançının komandası finalda “Bekeşçaba”nı 5 oyunluq mübarizənin yekununda məğlubiyyətə uğratmağı bacarıb.

İlk 4 qarşılaşmada tərəflər hərəyə 2 dəfə qalib olmuşdularsa, həlledici görüşdə “Vaşaş” rəqibinə səfərdə heç bir şans verməyib - 3:0 (25:20, 25:17, 25:15).

Beləliklə, Abduləzimova “Vaşaş”ın heyətində üçüncü dəfə qızıl medala sahib olub. O, daha öncə Macarıstan Kubokunun ikiqat qalibi adını qazanmışdı.




Вернуться назад