Главная > İdman > Azərbaycanın bədii gimnastları Rumıniyada beş medal qazandılar - FOTO

Azərbaycanın bədii gimnastları Rumıniyada beş medal qazandılar - FOTO


28-04-2022, 20:00. Разместил: admin
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə bədii gimnastika üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında start götürən XXI “Irina Deleanu Cup” adlı beynəlxalq turnirə yekun vurulub.

"Azadsəs.az" xəbər verir ki, rumıniyalı dünya və Avropa mükafatçısı İrina Delyanunun adını daşıyan yarışda ölkəmizi təmsil edən gimnastımız Məryəm Əliyeva topla gümüş, lentlə hərəkətlərin icrasına görə isə bürünc medal qazanıb.

Komandamızın digər üzvləri - Gövhər İbrahimova gürzlərlə və halqa ilə, Nəzrin Salmanlı isə gürzlərlə çıxışına görə üçüncü olublar.


Вернуться назад