Главная > İdman / Manset > Milli komandamızın AÇ-dəki rəqibləri bilindi
Milli komandamızın AÇ-dəki rəqibləri bilindi26-04-2022, 15:20. Разместил: admin |
22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin AÇ-2022-də rəqibləri bəlli olub. “Azadsəs.az” xəbər verir ki, II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq yığma Kosova, Niderland və Slovakiya ilə birgə E qrupunda gücünü yoxlayacaq. Eldar Əliyevin baş məşqçisi olduğu komanda ilk matçını mayın 20-də Kosova millisinə qarşı keçirəcək. Voleybolçularımız ertəsi gün Niderlandla, mayın 22-də isə Slovakiya ilə üz üzə gələcək. Komandamızın oyunları Bakı vaxtı ilə 21:00-da başlayacaq. Görüşlərə Kosova ev sahibliyi edəcək. Qeyd edək ki, təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi final mərhələsinə vəsiqə qazanacaq. AVRO-2022, Təsnifat mərhələsi E qrupu 20 may 21:00. Azərbaycan – Kosova 21 may 21:00. Niderland – Azərbaycan 22 may 21:00. Slovakiya – Azərbaycan Вернуться назад |