Главная > İdman / Manset > Şəhriyar Məmmədyarov 17 yaşlı şahmatçıya məğlubiyyətin səbəbini açıqlayıb
Şəhriyar Məmmədyarov 17 yaşlı şahmatçıya məğlubiyyətin səbəbini açıqlayıb24-04-2022, 15:49. Разместил: admin |
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində Hindistan təmsilçisi 17 yaşlı Rameşbabu Praqnanandhaya məğlubiyyətin səbəbini açıqlayıb. 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın ikinci turunda qələbəni əldən verdiyini bildirib. O etiraf edib ki, ilk partiyada uduş vəziyyətində olsa da, fürsəti dəyərləndirə bilməyib: “Fikrimcə, duelin taleyini ilk görüşdəki məğlubiyyət həll etdi. Praqnanandha birinci partiyada pis oynadı. Mən isə öz şansımı qaçırtdım. Amma rəqib növbəti görüşlərdə maraqlı gedişlər etdi və layiqli qələbə qazandı. Düşünürəm ki, yaxşı görüş alındı”. Qeyd edək ki, Şəhriyar Məmmədyarov üçüncü turda kanadalı Erik Hansenlə üz-üzə gələcək. Вернуться назад |