Главная > İdman / Manset > “Bu, Rusiyaya qarşı quldurluqdur” - FİFA-nın keçmiş vitse-prezidenti
“Bu, Rusiyaya qarşı quldurluqdur” - FİFA-nın keçmiş vitse-prezidenti20-04-2022, 19:23. Разместил: admin |
Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti, FİFA-nın keçmiş vitse-prezidenti Vyaçeslav Koloskov FİFA-nın 2018-ci il dünya çempionatı üçün Rusiyaya ödənişləri dayandırması ilə bağlı məsələyə münasibət bildirib. “Azadsəs.az” Rusiya mətbuatına istinadən xəbər verir ki, Koloskov bu hadisəni quldurluq adlandırıb: “FİFA 2018-ci ilin dünya çempionatı üçün ödənişləri dayandırdı? Bu, gündüz vaxtı Rusiyaya qarşı quldurluq etməkdir!” RFİ hazırda FİFA-dan ümumi məbləğin – 100 milyon dolların yalnız 30 faizini alıb. 2018-ci ilin dünya çempionatı Rusiyanın 11 şəhərində keçirilmişdi. Qeyd edək ki, Rusiya Futbol İttifaqının inkişaf direktoru Maksim Mitrofanov FİFA-nın dünya çempionatı üçün ödənişləri dayandırdığını bildirib. Вернуться назад |