Главная > İdman > Nazir UFC döyüşçüsü Rafael Fiziyevi qəbul etdi

Nazir UFC döyüşçüsü Rafael Fiziyevi qəbul etdi


13-04-2022, 14:26. Разместил: admin
Gənclər və idman naziri Fərid Qayıbov aprelin 13-də UFC döyüşçüsü Rafael Fiziyevi qəbul edib.

Bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüş zamanı Azərbaycan əsilli idmançını uğurlu karyerası münasibətilə təbrik edən nazir Rafaelə bundan sonrakı döyüşlərində də uğurlar arzulayıb.

Qeyd olunub ki, son illərdə Azərbaycan idmançıları MMA döyüşlərində uğurla çıxış edirlər. Bu baxımdan idmançılar arasında birgə təlim-məşqlərin, ustad dərslərinin keçirilməsi adıçəkilən idman növünün inkişafı baxımından önəmlidir.
Вернуться назад