Главная > İdman > AFFA “Sumqayıt” və “Neftçi” klublarının şikayətini təmin etdi
AFFA “Sumqayıt” və “Neftçi” klublarının şikayətini təmin etdi11-04-2022, 17:23. Разместил: admin |
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Sumqayıt” klubunun apellyasiya şikayətini təmin edib. “Azadsəs.az” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Oyunçuların Statusu və Transferi Komitəsinin “Klubda baş məşqçi köməkçisi vəzifəsini icra etmiş Elnur Çodarova klub tərəfindən kompensasiya ödənilməsi” barədə martın 17-dəki qərarı ləğv olunub. Qeyd edək ki, “gənclik şəhəri” təmsilçisi dekabrın 16-da baş məşqçisi Ayxan Abbasovu istefaya göndərib. Elnur Çodarov Abbasovun məşqçilər korpusunda yer alıb. Apellyasiya Arbitraj Tribunalı “Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətini də qismən təmin edib. Belə ki, AFFA İntizam Komitəsinin 01.04.2022-ci il tarixində qızlardan ibarət “Neftçi U-17” komandasının futbolçusu Aydan Həsənova barəsində verdiyi qərar dəyişdirilib. Futbolçu barəsində verilən 4 oyunluq kənarlaşdırma cəzası 2 oyun şərti olmaqla 4 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilib. Sınaq müddəti növbəti 2 (iki) oyun müddətinə təyin edilib. Həmçinin, “Baker Tilly” Futzal komandası tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib. AFFA İntizam Komitəsinin 18.03.2022-ci il tarixində “Baker Tilly” komandasının futzalçısı Orxan Həsənov barəsində verdiyi qərar dəyişdirilib. Futzalçıya 11.03.2022-ci il tarixli cəzaya əlavə olaraq verilən 11 oyunluq kənarlaşdırma cəzası 10 oyun şərti olmaqla 11 oyunluq kənarlaşdırma cəzası ilə əvəz edilib. Sınaq müddəti növbəti 10 (on) oyun müddətinə təyin edilib. Вернуться назад |