Главная > İdman / Manset > Ağır atletika üzrə Azərbaycan çempionatında qaliblərin təltifetmə mərasimi keçirilib - FOTO

Ağır atletika üzrə Azərbaycan çempionatında qaliblərin təltifetmə mərasimi keçirilib - FOTO


10-04-2022, 19:00. Разместил: admin
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.

Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, 73 kq çəki dərəcəsində qaliblərin mükafatlandırma mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov yarış iştirakçılarına uğurlar arzulayıb, iki illik fasilədən sonra təşkil olunan Azərbaycan çempionatında yüksək təşkilatçılıq, mübarizə əzmi və idman ab-havasının hökm sürdüyünü qeyd edib.

Daha sonra qaliblərin təltifetmə mərasimi keçirilib. Qaliblərə mükafatı F.Qayıbov, nazir müavini Mariana Vasilyeva və Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov təqdim ediblər.




Вернуться назад