Главная > İdman > Tehran Məmmədov qızıl medal qazandı
Tehran Məmmədov qızıl medal qazandı9-04-2022, 23:21. Разместил: admin |
![]() “Azadsəs.az” xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet iştirak edir. Kişilər arasında çəkisi 61 kq-a qədər olan idmançılar da qaliblərin adına aydınlıq gətiriblər. Toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. Toplam 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, toplam 222 kq (97+125) nəticə ilə Qasım İsmayılov üçüncü yeri tutublar. Qeyd edək ki, yarış sabah da davam edəcək. ![]() ![]() ![]() Вернуться назад |