Главная > İdman > Millimizin 2 sabiq üzvü karyerasını başa vurdu

Millimizin 2 sabiq üzvü karyerasını başa vurdu


9-04-2022, 13:21. Разместил: admin
Azərbaycan yığmasının sabiq üzvləri Rail Məlikov və Ruslan Əmircanov karyeralarını başa vurublar.

“Azadsəs.az” xəbər verir ki, hər iki futbolçu Şamaxı şəhər stadionunda futbolla sağollaşdığını açıqlayıb.

Stadionda onlara simvolik hədiyyələr təqdim edilib.

Qeyd edək ki, hər iki futbolçu son olaraq “Keşlə”də (İndiki “Şamaxı”) çıxış edib.
Вернуться назад