Главная > İdman / Şou biznes > 4 şahmatçımız dünya kuboku yarışına vəsiqə qazandı

4 şahmatçımız dünya kuboku yarışına vəsiqə qazandı


7-04-2022, 08:48. Разместил: admin
Sloveniyada kişi şahmatçılar arasında şəxsi Avropa çempionatı başa çatıb.

"Azadsəs.az" xəbər verir ki, qitə birinciliyində təmsilçilərimizdən ən yaxşı nəticəni Vasif Durarbəyli göstərib.

Belə ki, 11 turdan 8 xal toplayan şahmatçımız 3-8-ci yerləri bölüşüb. Digər şahmatçılarımızdan 7,5 xal qazanan Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov, Qədir Hüseynov müvafiq olaraq 9-10-11-ci yerlərdə, Nicat Abasov isə 26-cı pillədə qərarlaşıb.

Yarışın qalibi 8,5 xalla almaniyalı Matias Blubaum olub.

Qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar 2023-cü ildə keçiriləcək dünya kuboku yarışlarına vəsiqə qazanıblar.
Вернуться назад