Главная > İdman / Manset > Abakarov finalda, iki güləşçimiz uduzdu - Yenilənib
Abakarov finalda, iki güləşçimiz uduzdu - Yenilənib29-03-2022, 22:13. Разместил: admin |
Azərbaycanın üç sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib. “Azadsəs.az” xəbər verir ki, Turan Bayramov (74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 lq) finalın bir addımlığınadək irəliləyiblər. Bayramov 1/8 finalda Ali Umarpaşayevə (Bolqarıstan), 1/4 finalda Aymar Andruseyə (Estoniya) qalib gəlib. Abakarov əvvəlcə Denis Balauru (Moldova), ardınca isə İvar Samusonoku (Latviya) yenərək adını yarımfinala yazdırıb. Nurmaqomedov mübarizəyə 1/4 finaldan start verib. O, Radoslav Marçinkeviçi (Polşa) məğlubiyyətə uğradıb. Əvəzində İslam Bazarqanov (61 kq) təsnifat mərhələsində Viktor Lizeni (Almaniya) məğlub etsə də, Georgi Valentinov Vangelova (Bolqarıstan) uduzub. Aydın Əhmədov (125 kq) isə təsnifat mərhələsində Paris Karepi (Albaniya) məğlub etdikdən sonra Robert Barana (Polşa) yenilib.. Bayramov finala gedən yolda Taymuraz Salkazanov (Slovakiya), Abakarov Sebastian Yezerjanski (Polşa), Nurməhəmmədov Damian İqlesias Vilela (İspaniya) - Ahmed Sultanoviç Batayev (Bolqarıstan) cütünün qalibi ilə görüşəcək. *** Turan Bayramov (74 kq) yarımfinalda son Avropa çempionu və dünya ikincisi Taymuraz Salkazanova (Slovakiya) 2:8 hesabıyla məğlub olub. Turan sabah bürünc medal uğrunda güləşəcək. *** Abubakr Abakarov (86 kq) yarımfinalda polşalı Sebastyan Yejierjanskiyə 4:2 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksələn 5-ci güləşçimiz olub. *** Osman Nurmaqomedov (92 kq) sonuncu xal prinsipinə əsasən (4:4) Bolqarıstan təmsilçisi Ahmed Batayevə məğlub olub. Osman sabah bürünc medal üçün güləşəcək. Вернуться назад |