Главная > İdman / Manset > İdmançılarımız DÇ-də 5 medal qazandılar - Fotolar

İdmançılarımız DÇ-də 5 medal qazandılar - Fotolar


28-03-2022, 20:17. Разместил: admin
Hollandiyanın paytaxtı Amsterdam şəhərində MMA idman növü üzrə keçirilən Dünya çempionatında idmançılarımız uğurla iştirak ediblər.

“Azadsəs.az” xəbər verir ki, 55 dövlətin iştirakı ilə keçrilən Dünya çempionatında Azərbaycanı Gənclər və İdman nazirliyinin nümayəndəsi Ələkbərov Kamran, MMA,Pankration və Qrapplinq federasiyası rəhbəri Azad Əsgərov və 8 idmançı təmsil edib.

Atletlərimiz ölkəmizə 2 qızıl,1 gümüş və 2 bürünc medal qazandırıb.

52 kq çəki dərəcəsində Talıbov Fətəli - qızıl.

62kq çəki dərəcəsində Dərişov Ehtiram - qızıl

83kq çəki dərərcəsində Əzizov Nail - gümüş

70kq çəki dərərcəsində Abbasquliyev İmran - bürünc

77 kq çəki dərərcəsində isə Mutayev Ömər - bürünc medal qazanıb.

Xatırladaq ki, Federasiyanın birinci vitse-prezidenti Tural Mirzəyevdir.





Вернуться назад