Главная > İdman > Millimizin üzvü oynadı, komandası qalib gəldi

Millimizin üzvü oynadı, komandası qalib gəldi


13-03-2022, 20:23. Разместил: admin
Polşa çempionatında 25-ci turun oyunları keçirilib.

"Azadsəs.az" xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” (Plotsk) səfərdə “Yagelloniya” ilə qarşılaşıb.


Antonun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Müdafiəçi 48-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

“Visla” 25 turdan sonra 36 xalla 18 kollektiv arasında 7-ci pillədə qərarlaşıb.


Вернуться назад