Главная > İdman > Avropa turnirində Azərbaycanı 13 cüdoçu təmsil edəcək

Avropa turnirində Azərbaycanı 13 cüdoçu təmsil edəcək


24-02-2022, 08:52. Разместил: admin
Fevralın 26-27-də Polşanın paytaxtı Varşavada cüdo üzrə açıq Avropa turniri keçiriləcək.

“Azadsəs.az” xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışda ölkəmizi böyük məşqçi Elçin İsmayılov və məşqçi Zaur Babayevin rəhbərlik etdiyi kişilərdən ibarət yığma komanda təmsil edəcək.

Belə ki, turnirdə Əhməd Yusifov, Rövşən Əliyev, Nazir Talıbov (60 kq), İbrahim Əliyev, İsmayıl İbrahimov, Tofiq Əliyev (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (73 kq), Zelim Tçkayev (81 kq), Vüqar Talıbov, Coşqun Abdullayev (90 kq), İmran Yusifov, Camal Feyziyev (+100 kq) iştirak edəcəklər.

Yarışda 34 ölkədən 500-ə yaxın idmançı medallar və reytinq xalları uğrunda mübarizə aparacaq.
Вернуться назад