Главная > İdman > PSJ 40 milyonluq transferə hazırlaşır

PSJ 40 milyonluq transferə hazırlaşır


16-02-2022, 22:39. Разместил: admin
PSJ “Sportinq”dən müdafiəçi Nuno Mendeşi transfer etməkdə maraqlıdır.

"Azadsəs.az" Fransa mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu hazırda PSJ-də icarə əsasında çıxış edir.

Paris klubu onun icarəsi üçün Portuqaliya təmsilçisinə 7 milyon avro ödəyib.

PSJ Mendeşin keçidini birdəfəlik həll etmək üçün “Sportinq”ə 40 milyon avro ödəməli olacaq.

Fransa klubu və Mendeş öz aralarında 5 illik müqaviləyə razılaşıb. Müqavilə mövsümün sonunda imzalanacaq.
Вернуться назад