Главная > İdman > PSJ “Real”a qalib gəldi, “Mançester Siti”dən darmadağın

PSJ “Real”a qalib gəldi, “Mançester Siti”dən darmadağın


16-02-2022, 09:52. Разместил: admin
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

“Azadsəs.az” xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Gecənin ən maraqlı matçı Fransada PSJ və İspaniya “Real”ı arasında olub. İtaliyalı FİFA referisi Daniele Orsatonun idarə etdiyi bu oyunun taleyini bir qol həll edib. Parislilər Kilian Mbappenin son dəqiqədə vurduğu yeganə qolla qalib gəliblər.

Gecənin digər oyununda İngiltərənin “Mançester Siti” klubu Portuqaliyada “Sportinq”in qonağı olub. Serbiyalı Srcan Yovanoviçin idarə etdiyi bu qarşılaşmada isə darmadağın qeydə alınıb. “Şəhərlilər” səfərdə 5 cavabsız qola seviniblər və demək olar ki, cütün taletinə elə ilk oyundaca aydınlıq gətiriblər.

1/8 finalın digər oyunları fevralın 16-da, 22-də və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
15 fevral

PSJ (Fransa) – “Real” (İspaniya) 1:0
Qol: K.Mbappe, 90+4.
Matçın 61-ci dəqiqəsində PSJ-nin hücumçusu L.Messi penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Daniele Orsato (İtaliya).

“Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) 0:5
Qol: Mahrez, 7. B.Silva, 17; 44. Foden, 32. Sterlinq, 58.
Baş hakim: Srcan Yovanoviç (Serbiya).
Вернуться назад