Главная > İdman > Azərbaycan kubokunda son yarımfinaçılar müəyyənləşir

Azərbaycan kubokunda son yarımfinaçılar müəyyənləşir


13-02-2022, 16:17. Разместил: admin
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.

“Azadsəs.az” xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək.


"Qəbələ" "Sumqayıt"ı qəbul edəcək. Sumqayıtda keçirilən ilk oyunda komandalar heç-heçə etmişdi - 1:1.

Günün digər matçında isə "Zirə" "Səbail"in qonağı olacaq. İlk oyunda 4 cavabsız qolla qalib gələn "Zirə" mərhələnin taleyini böyük ölçüdə həll edib.

Azərbaycan Kuboku, 1/4 final

Cavab oyunu

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu

İlk oyun - 1:1

18:00. “Səbail” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”

İlk oyun - 0:4
Вернуться назад