Главная > İdman / Manset > Gimnastımız Dünya Kubokunun finalında

Gimnastımız Dünya Kubokunun finalında


12-02-2022, 19:09. Разместил: admin
Azərbaycan təmsilçisi Selcan Mahsudova Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda finala yüksəlib.

"Azadsəs.az" xəbər verir ki, 19 yaşlı idmançı təsnifat mərhələsində ilk cəhddə 52.720 xala layiq görülüb. Mahsudova ikinci cəhdində 53,100 xal qazanıb. Bu nəticə ilə gimnastımız qrup lideri kimi finala yüksəlib.

Qeyd edək ki, Dünya Kubokunda final mərhələsi fevralın 13-də olacaq.
Вернуться назад