Главная > İdman / Manset > Zidan, Ronaldu və Messi bir araya gələ bilər

Zidan, Ronaldu və Messi bir araya gələ bilər


8-02-2022, 13:44. Разместил: azadses
Madrid “Real”ının keçmiş baş məşqçisi Zinəddin Zidan və “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldu yayda PSJ-yə keçə bilər.

Bildirilir ki, PSJ-nin hazırkı baş məşqçisi Maurisio Poçettino istefaya gedəcək.

Klub rəhbərliyi onun yerinə məhz Zinəddin Zidanın namizədliyini düşünür. Z.Zidanın keçidi baş tutacağı halda isə o ilk növbədə “Real”da birgə çalışdığı Ronaldunu heyətə cəlb etməyə çalışacaq.

Əgər bu keçid reallaşarsa, Ronaldu və Messi eyni komandanın formasını geyinə bilər.

Mənbə: Daily Mirror


Вернуться назад