Главная > İdman > “Neftçi” braziliyalı üçün 90 min ödəyib

“Neftçi” braziliyalı üçün 90 min ödəyib


1-02-2022, 19:02. Разместил: azadses
“Neftçi”nin braziliyalı Qilyerme Patonun transferi üçün “İnternasional” klubuna ödədiyi məbləğ açıqlanıb.

Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu gənc hücumçunu 90 min avro ödəyərək heyətinə qatıb.

Bildirilib ki, “İnternasional” qış fasiləsində 5 oyunçusunun satışından ümumilikdə 27 milyon avroluq gəlir əldə edib. Pato bu futbolçuların içərisində “sambaçılar”a ən az pul qazandıran oyunçu olub.

Qeyd edək ki, 20 yaşlı Qilyerme Pato “Neftçi”yə yanvarın 21-də keçib. O, bu klubla 2,5 illik müqavilə imzalayıb.


Вернуться назад