Главная > İdman > Polşalı jurnalistdən Mahir Emreliyə tənqid: “O, müqavilə normalarını pozub və bunu nəzərə almalıdır”

Polşalı jurnalistdən Mahir Emreliyə tənqid: “O, müqavilə normalarını pozub və bunu nəzərə almalıdır”


15-01-2022, 16:42. Разместил: admin
“Məncə, Mahir Emreli yanlış adamlara etibar edib”.

"Azadsəs.az" xəbər verir ki, bunu Polşanın legia.net saytının jurnalisti Adam Davidzyuk bildirib.


O, sport.pl saytının TV versiyasına açıqlamasında azərbaycanlı futbolçu Mahir Emrelinin “Legiya” klubundakı qeyri-müəyyən durumu haqda danışıb. Jurnalist Emrelinin Dubayda komandasının təlim-məşq toplanışına qatılmamaqla səhvə yol verdiyini vurğulayıb:

“O, bunu başqa cür də təşkil edə bilərdi. Onun amerikalı vəkili reallığın nə olduğuna dair çox optimistdir. Emreli müqavilə normalarını pozdu və bunun nəticələrini nəzərə almalıdır.

Mahirdə polşalı azarkeşlərdən qorxu və kluba etibarsızlıq var. Əgər heç bir problem olmadığını deyib komandaya qoşulmaq istədiyini desə, artıq onu baş məşqçinin necə qəbul edəcəyini bilmirəm”.

Qeyd edək ki, dünən Azərbaycan mediasında çıxan xəbərə görə, Mahir Emreli Türkiyənin “Başakşehir” klubu ilə anlaşıb. Əgər bu məlumat təsdiqini taparsa, İstanbul klubu “Legiya”ya təzminat ödəməli olacaq.
Вернуться назад