Главная > İdman > Ronaldu “Mançester Yunayted”in tarixinə düşdü

Ronaldu “Mançester Yunayted”in tarixinə düşdü


31-12-2021, 18:39. Разместил: admin
İngiltərə Premyer Liqasının 20-ci turunda “Mançester Yunayted” doğma meydanda “Börnli”yə 3:1 hesabı ilə qalib gəlib.


Oyunun 35-ci dəqiqəsində fərqlənən K.Ronaldu İngiltərə çempionatının oyunlarında “Mançester Yunayted”in heyətində ən çox qol vuran futbolçusuna çevrilib.

Belə ki, ulduz futbolçu İngiltərə Premyer Liqasında 92-ci qoluna imza atıb.

Portuqaliyalı futbolçu bu nəticə ilə Ole Qunnar Sulşeri geridə qoyub.
Вернуться назад