Главная > İdman > Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi - FOTO

Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi seçildi - FOTO


16-12-2021, 14:08. Разместил: admin
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası olub.

MOK-dan "Azadsəs.az"-a verilən məlumata görə, MOK-un onlayn formatda VIII Hesabat-Seçki Baş Məclisi öz işini başa çatdırdıqdan sonra MOK-da digər vəzifələrin sahibləri bilinib.
İclasda Azər Əliyev MOK-un baş katibi, Çingiz Hüseynzadə, Fərid Qayıbov və Zemfira Meftahətdinova MOK-un vitse-prezidentləri seçilib. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev bu gün növbəti dəfə MOK-un prezidenti seçilib.




Вернуться назад