Главная > İdman > “Yuventus” rəhbərliyi istintaqa cəlb olundu

“Yuventus” rəhbərliyi istintaqa cəlb olundu


27-11-2021, 21:11. Разместил: admin
İtaliyanın iqtisadiyyat polisi və yerli prokurorlar "Yuventus"un ofislərində axtarış aparırlar.

“Azadsəs.az” xəbər verir ki, bu barədə “Gazeta dello Sport” məlumat yayıb.

Bildirilir ki, son iki ildə saxta ödəniş sənədləri və təxminən 50 milyon avro ilə bağlı araşdırma aparılır.

İttiham tərəfinin dediyinə görə, iddia klub prezidenti Andrea Anyelliyə, vitse-prezident Pavel Nedvedə və hazırda “Tottenhem”də çalışan keçmiş idman direktoru Fabio Paratiçiyə qarşıdır. Onlar istintaqa cəlb olunub.

Şübhələr maliyyə fırıldaqları və saxta hesabatlarla bağlıdır.
Вернуться назад