Главная > İdman > Cüdo Federasiyasında təyinat: Yeni baş katib bankir olub - FOTO

Cüdo Federasiyasında təyinat: Yeni baş katib bankir olub - FOTO


23-11-2021, 14:16. Разместил: admin

Azərbaycan Cüdo Federasiyasının baş katibi dəyişib.

Oxu.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsi tərəfindən Rəşad Rəsullu qurumun baş katibi təyin edilib.

11 aprel 1980-ci ildə doğulmuş R.Rəsullu Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.

Əmək fəaliyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankında başlayan Rəşad Rəsullu karyerası dövründə ölkə daxilində və xaricində aparıcı qurumlarda aparıcı və rəhbər vəzifələrdə çalışıb, idarəetmə sahəsində böyük təcrübəyə malikdir. 2012-ci ilin oktyabrından “AtaHolding” ASC-nin İdarə Heyətinin sədr müavini işləyən Rəsullu 2019-cu ilin oktyabrından “AtaHolding” MMC-nin baş direktoru vəzifəsinə təyin olunub. O eyni zamanda “AtaSığorta” ASC-nin Direktorlar Şurasının, “Bank VTB Azərbaycan” ASC-nin Müşahidə Şurasının üzvü işləyib.

Qeyd edək ki, bunadək Cüdo Federasiyasında baş katib Elmar Babanlı idi. O, daha əvvəl federasiyanın vitse-prezidenti postundan çıxarılmış Sadıq Sadıqovun kadrı hesab olunurdu.


Вернуться назад