Главная > İdman / Cəmiyyət > Mingəçevirdə Avropa Olimpiya Həftəsi çərçivəsində yarışlar keçirildi - FOTO/VİDEO
Mingəçevirdə Avropa Olimpiya Həftəsi çərçivəsində yarışlar keçirildi - FOTO/VİDEO1-11-2021, 18:18. Разместил: admin |
Mingəçevir şəhərində 30-31 oktyabr tarixlərində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Avropa Olimpiya Həftəsi çərçivəsində “BeActive” (“Fəal ol”) devizi altında bir sıra tədbirlər keçirilib. Oxu.Az-ın xəbərinə görə, oktyabrın 30-da uzaq məsafəyə qaçış (1 km), xüsusi Olimpiya proqramı üzrə uşaqlar üçün oyunlar, ardınca isə avarçəkmə yarışları keçirilib. Yarışın “Kür” Olimpiya Tədris-İdman Mərkəzində uşaqlar arasında baş tutan estafet yarışlarını 2012-ci ilin üzgüçülük üzrə Paralimpiya çempionu Natali Pronina keçirib. Həmçinin şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kayak və kanoe üzrə yarışlar da baş tutub. Günün sonunda ikiqat Paralimpiya çempionu İlham Zəkiyevlə idman həvəskarlarının görüşü olub. Dünən isə “Çempion" əyləncəli idman oyunları, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, velosiped, skeytbord və təkərli konkisürmə üzrə tədbirlər təşkil edilib. Вернуться назад |