Главная > İdman / Manset > Millimiz dünya çempionatına iki heç-heçə ilə start verdi - YENİLƏNİB

Millimiz dünya çempionatına iki heç-heçə ilə start verdi - YENİLƏNİB


28-09-2021, 11:04. Разместил: azadses
İspaniyanın Sices bölgəsində qadın şahmatçılar arasında dünya çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması da bu gün yarışda mübarizəyə başlayıb.

İlk turda Hindistanla bərabərliyə razılaşan (2:2) millimiz ikinci turda Ermənistanla üz-üzə gəlib.

Bu oyunda da qalib müəyyənləşməyib – 2:2.

Ülviyyə Fətəliyevanın istirahət etdiyi turda Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlsələr də, Türkan və Zeynəb Məmmədyarova bacıları məğlub olublar.

Millimizin üçüncü və dördüncü turdakı rəqibləri uyğun olaraq Rusiya və Fransa komandaları olacaq.

Geridə qalan iki turdan sonra aktivində 2 xal olan millimiz turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Rusiya isə 4 xalla liderdir.

19:24

İspaniyanın Sices bölgəsində qadın şahmatçılar arasında dünya çempionatına start verilib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın qadın şahmatçılardan ibarət yığması da bu gün yarışda mübarizəyə başlayıb.

Tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ilk görüşündə Hindistanla qarşılaşıb.

Görüş 2:2 hesabı ilə başa çatıb. Z.Məmmədyarovanın istirahət etdiyi ilk turda Günay Məmmədzadə və Gülnar Məmmədova məğlub olub, Ülviyyə Fətəliyeva və Türkan Məmmədyarova isə qalib gəliblər.

Qeyd edək ki, Azərbaycan yığması II turda Ermənistanla üz-üzə gələcək.

Dünya çempionatı

A qrupu

I tur

Azərbaycan - Hindistan - 2:2

Günay Məmmədzadə - Xarika Dronavali - 0:1

Gülnar Məmmədova - Rameşbabu Vaişali - 0:1

Ülviyyə Fətəliyeva - Tanya Sadçev - 1:0

Türkan Məmmədyarova - Bxati Kulkarni - 1:0

13:18

Bu gün qadınlardan ibarət şahmat milli komandamız İspaniyanın Barselona şəhərinin cənub-qərbində yerləşən Sices qəsəbəsində keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Oxu.Az-ın xəbərinə görə, Gülnar Məmmədova (2406), Ülviyyə Fətəliyeva (2310), Günay Məmmədzadə (2280), Türkan Məmmədyarova (2243) və Zeynəb Məmmədyarovadan (2198) ibarət komandamız A qrupunda yarışacaq.

Komandamız bu gün ilk iki turda əvvəlcə Hindistan, daha sonra Ermənistanla qarşılaşacaq. Hindistanla görüş Bakı vaxtı ilə saat 17:00-da, Ermənistanla qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, A qrupunda Rusiya Federasiyasının Şahmat Komandası, Fransa və İspaniya komandaları da mübarizə aparır. B qrupunda isə FIDE Amerikas (Peru, Argentina, Kanada, Paraqvay və Kubadan ibarət şahmatçılar – S.M.), Ukrayna, Qazaxıstan, Almaniya, Gürcüstan və Polşa milliləri yarışacaq.

Qrupda ilk 4 sıranı tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Dünya çempionatına oktyabrın 2-də yekun vurulacaq.

Səbuhi Musayev


Вернуться назад