Главная > İdman / Manset > Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib

Şəhriyar Məmmədyarov Maqnus Karlsenlə heç-heçə edib


23-09-2021, 07:54. Разместил: azadses
Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov 5-ci turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək k, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”unu 5,5:0,5 hesabı ilə məğlub edib.

Qrossmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Shev” yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.


Вернуться назад