Главная > İdman / Manset > Badmintonçularımız Ermənistan yığması ilə qarşılaşacaq

Badmintonçularımız Ermənistan yığması ilə qarşılaşacaq


7-09-2021, 18:12. Разместил: azadses
Rusiyanın Kazan şəhərində keçirilən MDB Oyunlarında badminton üzrə milli komandamız qrup mərhələsində Belarusla qarşılaşıb.

Oxu.Az xəbər verir ki, beş kateqoriya üzrə keçirilən komanda yarışında badmintonçularımız 4:1 hesabı ilə qalib gəlib.

Komandamız qrup mərhələsində növbəti görüşünü bu gün Bakı vaxtı ilə saat 15:30-da Özbəkistan komandasına qarşı keçirəcək. III turda isə komandamız Ermənistanla qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsində IV və V turun görüşləri sabah keçiriləcək. Badmintonçularımız Qazaxıstan və Rusiyanı təmsil edən komandalarla qarşılaşacaq.


Вернуться назад