Главная > İdman / Manset > ABŞ Ədliyyə Nazirliyi FIFA-ya 201 milyon dollar ödəyəcək

ABŞ Ədliyyə Nazirliyi FIFA-ya 201 milyon dollar ödəyəcək


25-08-2021, 08:36. Разместил: azadses
ABŞ-ın Ədliyyə Nazirliyi Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) hesabına 201 milyon dollar köçürəcək.

TASS xəbər verir ki, bu, korrupsiyaya bulaşmış qurum rəsmilərinin dondurulmuş hesablarında qalan vəsaitlərdir.

Sözügedən məbləğin “World Football” fonduna yönləndiriləcəyi bildirilib.

Yeni yaradılmış fondun cəmiyyətə müsbət təsir göstərən futbolla bağlı layihələri maliyyələşdirdiyi qeyd edilib.


Вернуться назад