Главная > İdman / Manset > “Neftçi” İsraildə üç futbolçusundan məhrum oldu
“Neftçi” İsraildə üç futbolçusundan məhrum oldu20-08-2021, 19:02. Разместил: azadses |
“Neftçi” Avropa Konfrans Liqasının pley-off mərhələsinin cavab görüşünə ciddi itkilərlə çıxacaq. Oxu.Az xəbər verir ki, Bakı klubu İsrail “Makkabi”si ilə Hayfadakı qarşılaşmada üç oyunçusunun xidmətindən məhrumdur. Bunlar “Bakcell Arena”dakı ilk qarşılaşmada cəzalı duruma düşən futbolçulardır. İsmayıl Zülfüqarlı qırmızı vərəqə aldığı üçün İsraildə oynamayacaq. Dünənki oyunda iki qol vurub, bir məhsuldar ötürməyə imza atmış nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Laval və seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj isə mövsümdə üçüncü sarı vərəqələrini alıblar. Bu səbəbdən də onlar avqustun 26-da Hayfada meydana çıxmaqdan məhrum olublar. Вернуться назад |