Главная > İdman / Manset > Avropa çempionatı: Günay Məmmədzadə liderliyə yüksəlib
Avropa çempionatı: Günay Məmmədzadə liderliyə yüksəlib14-08-2021, 10:20. Разместил: azadses |
![]() AZƏRTAC xəbər verir ki, Azərbaycanın ən güclü qadın şahmatçısı Günay Məmmədzadə turnir cədvəlinin lideri rumıniyalı İrina Bulmaqa üzərində qələbə qazanaraq liderliyə yüksəlib. Beşinci turu daha 4 şahmatçımız qələbə ilə başa vurub. Belə ki, Gülnar Məmmədova Xəyalə Abdulla, Xanım Balacayeva serbiyalı Jovana Erik, Zeynəb Məmmədyarova rumıniyalı Andreea-Marioara Cosman, Nəsrin Babayeva avstriyalı Denise Trippold üzərində qələbə qazanıb. Digər təmsilçilərimiz - Gövhər Beydullayeva rusiyalı Leya Qarifullina, Türkan Məmmədyarova yunanıstanlı Yekaterina Pavlidou qarşılaşmaları heç-heçə ilə başa çatıb. İki şahmatçımız məğlubiyyətlə üzləşiblər - Ülviyyə Fətəliyeva Viktoriya Radeva (Avropa Şahmat İttifaqı), Ayan Allahverdiyeva rumıniyalı Pancu Aureliana-Eugeniaya uduzublar. Qeyd edək ki, beş turdan sonra G.Məmmədzadə 4,5 xalla liderdir. G.Beydullayeva, G.Məmmədova, X.Balacayeva 3,5, Zeynəb Məmmədyarova 3, Ü.Fətəliyeva 2,5, X.Abdulla, T.Məmmədyarova 2,5, N.Babayeva 2, A.Allahverdiyeva 1 xal qazanıblar. Qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu 60 min avro təşkil edir. Вернуться назад |