Главная > İdman / Manset > HİK-in baş məşqçisi: “Neftçi” üzərində qələbəyə 100 faiz biz layiq idik”
HİK-in baş məşqçisi: “Neftçi” üzərində qələbəyə 100 faiz biz layiq idik”13-08-2021, 08:42. Разместил: azadses |
“İlk hissədə bizim üçün bir az çətin oldu. Rəqibin cərimə meydançasına daxil olmaqda çətinlik çəkirdik. Ona görə də daha çox cinahlardan hücum qurmağa çalışırdıq. İkinci yarı isə bizim üçün daha yaxşı keçdi. Erkən qol vurmağımız bizə kömək etdi və oyunu nəzarətimizdə saxladıq. Biz 100 faiz qələbəyə layiq idik”. Bunu Oxu.Az-ın Helsinkiyə ezam olunmuş müxbirinə açıqlamasında HİK klubunun baş məşqçisi Toni Koskela deyib. UEFA Avropa liqasının III təsnifat mərhələsinin cavab oyununda Azərbaycan çempionu “Neftçi” üzərində 3:0 hesablı qələbə qazanan HİK-in baş məşqçisi oyunla bağlı fikirlərini bildirib: “Bu matçda əvvəlcədən hesabı təxmin etmək çətin idi. Ancaq bu nəticəni gözləmirdim. Çünki çərşənbə axşamı Bakıdan qayıdıb şənbə günü çempionat oyununa çıxmışdıq. Bu hesabla qalib gəlmək çətin idi. Belə qalib gəlmək üçün yüksək səviyyəli oyunçuların olmalıdır. Onlarla fəxr edirəm. Biz topa daha çox nəzarət edirdik və rəqibi daha çox topsuz qoymuşduq. Düşünürəm ki, qələbəmiz bu baxımdan ədalətli idi”. 38 yaşlı məşqçi növbəti mərhələdə “Fənərbağça” ilə qarşılaşmaları barədə isə aşağıdakı fikirləri söyləyib: “Bizim bazar günü çempionat oyunumuz var. Ondan sonra “Fənərbağça” ilə matçı düşünəcəyik. Məsut Özil kimi futbolçusu olan komandaya qarşı oynamaq çətin olacaq”. Səbuhi Musayev, Helsinki Вернуться назад |