Главная > İdman / Manset > Konfrans Liqası: “Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib
Konfrans Liqası: “Neftçi” və “Qarabağ”ın növbəti rəqibləri müəyyənləşib13-08-2021, 07:36. Разместил: azadses |
![]() Bu, III təsnifat mərhələsinin qarşılaşmalarından sonra məlum olub. Avropa Liqasında mübarizəni dayandıran “Neftçi” Konfrans Liqasının qrup mərhələsinə düşmək üçün İsrailin “Makkabi” (Hayfa) komandasını üstələməyi bacarmalıdır. “Makkabi” evdə 7:2 hesabı ilə məğlubiyyətə uğratdığı "Torshavn"a Farer adalarında minimal hesabla yenilərək, mərhələ adlayıb. “Qarabağ” isə Şotlandiya “Aberdin”i ilə üz-üzə gələcək. “Aberdin” İslandiyada 3:2 hesabı ilə yendiyi “Breydablik”ə öz meydanında da qalib gəlib - 2:1. Qeyd edək ki, “Qarabağ” və “Neftçi” ilk oyunlarını avqustun 19-da öz meydanında keçirməlidir. Lakin bu halda matçların tarixində dəyişikliyin ediləcəyi gözlənilir. Cavab görüşləri isə avqustun 26-da keçiriləcək. Вернуться назад |