Главная > İdman / Manset > PSJ sahibinin qardaşı: “Messi ilə danışıqlar başa çatdı”
PSJ sahibinin qardaşı: “Messi ilə danışıqlar başa çatdı”7-08-2021, 18:22. Разместил: azadses |
Fransanın “Pari Sen-Jermen” (PSJ) klubu argentinalı superulduz Lionel Messi ilə danışıqları bitirib. “RİA Novosti”nin məlumatına görə, bu barədə klub sahibinin qardaşı Həlifə ben Həmad Əl-Tani özünün “Twitter” hesabından bildirib. “Danışıqlar rəsmən başa çatıb. Elan daha sonra veriləcək”, - deyə Əl-Tani bəyan edib. Həmin tvitə futbolçunun "PSJ" formasında şəkli əlavə edilib. Xatırladaq ki, avqustun 5-də Lionel Messinin “Barselona” ilə yeni müqavilə imzalamayacağı məlum oldu. Ulduz futbolçu klubu ilə razılaşa bilməyib. Вернуться назад |