Главная > İdman / Manset > Məşhur idmançı millimizə baş məşqçi təyin olundu

Məşhur idmançı millimizə baş məşqçi təyin olundu


7-08-2021, 13:23. Разместил: azadses
Azərbaycanın MMA döyüşçüsü Bəxtiyar Abbasov döyüş sambosu üzrə Azərbaycan millisinin baş məşqçisi təyin olunub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Azərbaycan Sambo Federasiyasının rəhbərliyi qərar qəbul edib.

O həmçinin döyüş sambosunda idmançı kimi çıxışını davam etdirəcək.

Qeyd edək ki, Bəxtiyar Abbasov döyüş sambosu üzrə dünya və Avropa çempionatlarının mükafatçısıdır.

Səbuhi Musayev


Вернуться назад