Главная > İdman / Manset > Serbiyalı futbolçu: "Cavab matçı "Sumqayıt" üçün daha çətin keçəcək"

Serbiyalı futbolçu: "Cavab matçı "Sumqayıt" üçün daha çətin keçəcək"


28-07-2021, 19:01. Разместил: azadses
"İlk matçda oyuna nəzarət etsək də, sərfəli nəticə qazana bilmədik. Rəqibin qapısından bir və ya iki top keçirə bilərdik. Belqraddakı qarşılaşmada qələbəyə layiq olduğumuzu düşünürəm".

"Report"un məlumatına görə, bu fikirləri Serbiyanın "Çukariçki" komandasının futbolçusu Miladin Stevanoviç "Sumqayıt"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunundan əvvəl klubun rəsmi saytına açıqlamasında deyib.

25 yaşlı müdafiəçi Azərbaycandakı cavab görüşündə yaxşı nəticəyə inandığını bildirib: "Serbiyada qolsuz heç-heçə etmişik və düşünürəm ki, biz daha yaxşı çıxış edə bilərik. Növbəti mərhələyə vəsiqə qazanmağı səbrsizliklə gözləyirik".

Stevanoviç "Sumqayıt"ın Serbiyada istədiyi nəticəni əldə etdiyini sözlərinə əlavə edib. "Cavab görüşü rəqin üçün daha çətin keçəcək. Qarşılarında təzyiq olacaq. Heç nə bizim üçün problem yaratmamalıdır. Nə iqlim şəraiti, nə də səyahət edəcəyimiz ölkə bizə bəhanə olmalıdır. Rəqibi qiymətləndirməmək olmaz, amma biz daha keyfiyyətli komandayıq".

Serbiyalı oyunçu matçın çətin keçəcəyini vurğulayıb: "Bir qol hər şeyi həll edə bilər. Əsas məqsəd növbəti mərhələyə adlamaqdır. Bu, əlavə vaxtda və ya penaltilər seriyasında da ola bilər".

Qeyd edək ki, iyulun 29-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək cavab matçı saat 20:00-da başlayacaq. İlk görüş qolsuz bərabərlik yekunlaşıb. Bu cütün qalibi III raundda “Hammarbü” (İsveç) - “Maribor” (Sloveniya) cütünün güclüsü ilə qarşılaşacaq.


Вернуться назад