Главная > İdman / Manset > 63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı


27-07-2021, 18:13. Разместил: azadses
Bermud adalarını təmsil edən idmançı Flora Daffi Böyük Britaniyalı Cori Teylor-Braun üzərində qələbə qazanmaqla Tokio Olimpiadasında triatlon üzrə çempion adını qazanıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Bu nəticə ilə Flora Daffi Bermud adaları tarixində Olimpiya Oyunlarında qızıl medal qazanan ilk idmançı olub.

Daffinin bu nailiyyəti ilə Bermud adaları Olimpiya Oyunlarında çempionluq sevinci yaşayan ən az əhalisi olan dövlət kimi tarixə düşüb.


Вернуться назад