Главная > İdman / Manset > Tokio-2020: Bu gün daha 4 idmançımız mübarizəyə qoşulacaq
Tokio-2020: Bu gün daha 4 idmançımız mübarizəyə qoşulacaq25-07-2021, 11:58. Разместил: azadses |
Bu gün Azərbaycanın daha 4 idmançısı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq. "Report"un məlumatına görə, stend atıcılığında Emin Cəfərov, idman gimnastikasında Marina Nekrasova qüvvəsini sınayacaq. Yarışın ikinci günündə Azərbaycanın bir boksçusu rinqə çıxacaq. 63 kq çəki dərəcəsində yer alan Cavid Çələbiyev ilk görüşünü keçirəcək. Cüdoçulardan isə Orxan Səfərov (66 kq) Tokio olimpiadasında debüt edəcək. Hər iki idmançı mübarizəyə 1/16 finaldan başlayacaq. Tokio-2020 25 iyul Stend atıcılığı 05:00. Təsnifat. Emin Cəfərov İdman gimnastikası 05:00. Təsnifat. Marina Nekrasova Boks 63 kq 08:24. 1/16 final. Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna) Cüdo 66 kq 06:00. 1/6 final. Orxan Səfərov - Yerlan Serikjanov (Qazaxıstan) Qeyd edək ki, ilk gündə mübarizəyə qoşulan 10 idmançıdan 8-i olimpiada ilə vidalaşıb. Вернуться назад |