Главная > İdman / Manset > FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı: Oyunlardan təcrid olundular
FIFA rusiyalı futbolçuları dopinq istifadəsində yaxaladı: Oyunlardan təcrid olundular20-07-2021, 15:04. Разместил: azadses |
Beynəlxalq Futbol Federasiyası (FIFA) üç rusiyalı idmançıya qarşı sanksiyalar tətbiq edib. “Matç TV”-nin məlumatına görə, Vladimir Obuxov (“Rostov”), İvan Knyazev (“Zvezda”, Perm) və Darya Meşeryakova dopinq əleyhinə qanunvericiliyin tələblərini pozduqlarına görə diskvalifikasıya edilib. Onlardan ikisi – Knyazev və Meşeryakova iki il, Obuxov isə FIFA-nın İntizam Komitəsilə əməkdaşlıq etdiyi üçün altı ay müddətində bütün oyunlardan kənarlaşdırılıb. Qeyd edək ki, hər üç idmançı ilə bağlı insident 2013-cü ildə baş verib. Lakin mövcud hallarla bağlı araşdırmalar yalnız indi başa çatıb. Вернуться назад |