Главная > İdman / Manset > Yaponlar Olimpiadadan qorxurlar
Yaponlar Olimpiadadan qorxurlar19-07-2021, 17:45. Разместил: azadses |
Yaponiya sakinlərinin 87%-i Olimpiya Oyunlarının ölkədə koronavirusun daha geniş yayılmasına səbəb olacağından qorxur. Bu barədə “Kyodo” məlumat yayıb. Məhz bu təhlükə səbəbindən, Yaponiyada hökumət əleyhidarlarının nisbət faizi artaraq 49.8%-ə çatıb. Rəyi soruşulanların yalnız 35.9%-i hazırki Baş nazir Yösixide Suqanı dəstəklədiyini bildirib ki, bu da antirekord sayılır. Həmçinin, respondentlərin 67.9%-i 12 iyul – 22 avqust tarixlərində tətbiq edilən fövqəladə vəziyyətə qarşı çıxıb. Вернуться назад |