Главная > İdman / Manset > Çerçesov: “Məni yığmadan qovmayıblar”

Çerçesov: “Məni yığmadan qovmayıblar”


10-07-2021, 13:05. Разместил: azadses
Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesov millidən ayrılmasının təfərrüatları barədə danışıb.

Onun fikirlərini “R-Sport” dərc edib.

“Məni qovmadılar, bu, vacib məqamdır. Məşqçilər heyəti tərəfindən müqavilədə göstərilən bütün tapşırıqlar yerinə yetirildi. Razılaşdırdığımız hər şey icra edilib”, - deyə 57 yaşlı futbol mütəxəssisi qeyd edib.

S. Çerçesov əlavə edib ki, onlar rəhbərliklə görüşüb, komandadakı vəziyyəti müzakirə edib və qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verməyə qərar veriblər.


Вернуться назад