Главная > İdman / Manset > Kompüter AVRO-2020-nin qalibini müəyyən etdi
Kompüter AVRO-2020-nin qalibini müəyyən etdi7-07-2021, 11:37. Разместил: azadses |
Futbol üzrə Avropa çempionatının ilk yarımfiinal görüşü ərəfəsində maraqlı kompüter təhlili aparılıb. Bu barədə “Haber Global” məlumat yayıb. Məlumata əsasən, “Stats Perform Euros Prediction” proqramı vasitəsilə AVRO-2020 yarımfiinalçılarının turniri qalibi olma şansları qiiymətləndirilib. Kompüterin proqnozlarına görə, iyulun 11-də Londonun Uembli stadionunda keçiriləcək final matçında qalib gəlmə ehtimalı ən aşağı olan komanda Danimarka millisidir. Onun şansları 8.6% səviyyəsində dəyərləndirilib. İspaniyanın 23.1%, İngiltərənin 29.2%, İtaliya yığmasının isə 39.1% qələbə şansı mövcuddur. Qeyd edək ki, sözügedən təhlil seçmə komandaların statistik göstəricilər tarixçəsi əsasında aparılıb. Вернуться назад |