Главная > İdman / Manset > Rusiyalı keşiş: “Futbol komandamızın mənəvi köməyə ehtiyacı var”

Rusiyalı keşiş: “Futbol komandamızın mənəvi köməyə ehtiyacı var”


3-07-2021, 13:02. Разместил: azadses
Futbol üzrə Rusiya millisinin futbolçuları keşişin mənəvi köməyinə ehtiyac duyurlar.

Bu sözləri “RİA Novosti”yə açıqlamasında Patriarx Komissiyasının Bədən Tərbiyəsi və İdman Məsələləri üzrə sədri mitropolit Mitrofan söyləyib.

“Əlbəttə ki, bu problemi həll etməyin zamanı yetişib. Milli komandamızda keşişlər olmalıdır. Fikrimcə, komandamızda mənəvi hazırlıq əskikliyi var: futbolçularımız döyüşkən deyillər, mənəvi cəhətdən zəif görünürlər, motivasiyasızdırlar”, - deyə mitropolit Mitrofan vurğulayıb.

Xatırladaq ki, Rusiya millisi AVRO-2020-də B qrupunu üç xalla sonuncu pillədə başa vurub.


Вернуться назад