Главная > İdman / Manset > Məşhur braziliyalı futbolçu yol qəzasına düşüb

Məşhur braziliyalı futbolçu yol qəzasına düşüb


1-07-2021, 14:21. Разместил: azadses
Braziliyanın “Atletiko Mineyro” klubunun hücumçusu Halk idarə etdiyi avtomobillə yol qəzasına düşüb.

Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb.

Mənbə yazır ki, qəza Braziliyanın Belu-Orizonti regionunda baş verib.

34 yaşlı idmançının avtomobili motosikletlə toqquşub.

Yol qəzası nəticəsində heç kimin xəsarət almadığı qeyd olunur.


Вернуться назад