Главная > İdman / Manset > “Beşiktaş”ın ulduzu İtaliya klublarının maraq dairəsinə düşdü

“Beşiktaş”ın ulduzu İtaliya klublarının maraq dairəsinə düşdü


25-06-2021, 12:21. Разместил: azadses
Türkiyə çempionu “Beşiktaş” klubunun müdafiəçisi Domaqoy Vida İtaliya klublarının maraq dairəsinə düşüb.

Bu barədə “Fotomaç” yazıb.

Nəşr qeyd edir ki, təcrübəli müdafiəçini “Kalyari”, “Torino” və “Fiorentina” klubları transfer etmək istəyir. Klubların yaxın günlərdə “Beşiktaş”a rəsmi təklif göndərəcəyi bildirilir.


Вернуться назад